Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüşüb
Patriot News.az xəbər verir ki görüşdə Komitənin idmançıları və onların məşqçiləri də iştirak ediblər.
Nazir Fərid Qayıbov çıxış edərək Komitənin yeni rəhbərliyini təbrik edib, birgə layihələrin təşkili, regionlarda xüsusi ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Xüsusi Olimpiya Komitəsinin yeni sədri Vüqar Behbudov regionlarda bu sahədə kütləviliyin artırılması, Komitənin gələcək inkişaf strategiyasının hazırlanmasının əsas prioritetlər sırasında olduğunu qeyd edib.
Görüş çərçivəsində idmançılar və onların məşqçiləri iştirak etdikləri yarışlar, əldə etdikləri nəticələr barədə məlumat verib, gələcək yarışlarda iştirakın təmin edilməsinin, motivasiya baxımından davamlı dəstəyin vacibliyini vurğulayıblar.