patriotnews.az
http://patriotnews.az

Azərbaycanla Türkiyə Qarabağda emal sənayesinin yaradılmasını müzakirə edib

Bu gün, 17:16 Baxılıb: 0

Azərbaycanla Türkiyə Qarabağda emal sənayesinin yaradılmasını müzakirə edib

Azərbaycan və Türkiyə arasında işğaldan azad olunmuş ərazilərdə istehsal olunan məhsullar üçün emalı sənayesinin yaradılması müzakirə edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, müzakirələr nazir Məcnun Məmmədovla Türkiyənin ticarət naziri Ömər Bolat arasında keçirilmiş ikitərəfli görüşdə baş tutub.

Tərəflər Qarabağda, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixracı, eləcə də hər iki ölkədə keçirilən kənd təsərrüfatı sərgiləri sahəsində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində M.Məmmədov Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı arasında ikitərəfli görüş də keçirilib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər balıqçılıq sahəsində Türkiyə ilə əməkdaşlıq, bu sahədə son texnologiyaların transferi, iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərinin azaldılması istiqamətində təcrübə mübadiləsi və kənd təsərrüfatı ilə qida məhsullarının ticarət dövriyyəsinin artırılması məsələlərini nəzərdən keçiriblər.

M.Məmmədov Ankarada keçirilən IV Kənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930