patriotnews.az
http://patriotnews.az

Öskürəyinin fərqinə varmadı, 6 ay ömrünün qaldığını öyrəndi

4-01-2025, 19:00 Baxılıb: 37

Öskürəyinin fərqinə varmadı, 6 ay ömrünün qaldığını öyrəndi

35 yaşlı Linda Çaves adlı amerikalı 6 ay vaxt ömrünün qaldığını öyrənib. 

Qadın mütəmadi olaraq öskürürmüş və bunun bir  allergiya olduğunu düşünüb. Uzun müddət sonra həkimə müraciət edib. 

Həkimlər gənc qadına ağciyər xərçəngi diaqnozu qoyublar. Bildirilib ki, qadın xəstəliyin müalicəsinə çox gecikib. Çünki Çavesin xəstəliyi 4-cü mərhələyə çatıb. Beləliklə, indi xərçəng ağciyərlərindən başqa digər nahiyələrə də yayılıb. Xərçəng onun beyninə, sümüklərinə, o cümlədən onurğa sütununa və limfa düyünləri və böyrəküstü vəzi kimi toxumalarına qədər irəliləyib. Həkimlər qadına 6 ay ərzində ölə biləcəyini deyiblər.

Yaşadığı çətinlikləri sosial media hesabında izah edən qadın, "Ən kiçik ağrıdan şikayətlənirsinizsə həkimə müraciət edin", - deyib. Getdiyi xəstəxanada həkimlərin ona 3-6 ay ömrünün qaldığını söylədiyini ifadə edən Linda Çavez "Həyata qalacam" deyərək xəstəliyi ilə mübarizə aparacağını ifadə edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930