patriotnews.az
http://patriotnews.az

Bu gün Premyer Liqada XIX turun daha iki oyunu keçiriləcək

18-01-2025, 09:48 Baxılıb: 49

Bu gün Premyer Liqada XIX turun daha iki oyunu keçiriləcək
Bu gün futbol üzrə Misli Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək.
Günün ilk matçında "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq. Ardınca isə "Sumqayıt" "Səbail"lə üz-üzə gələcək. Stat fiti saat 18:30-da səslənəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq.
"Araz-Naxçıvan" turnir cədvəlində 39 xalla ikinci, "Zirə" 30 xalla dördüncüdür. 20 xala malik "Sumqayıt" altıncı, 9 xalı olan "Səbail" isə sonuncu - onuncu yerdə qərarlaşıb.
Misli Premyer Liqası
III dövrə, XIX tur
18 yanvar
16:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu
18:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ramil Diniyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun digər açılış matçında "Qarabağ" "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031