patriotnews.az
http://patriotnews.az

İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş...

19-01-2025, 13:00 Baxılıb: 16

İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş...

İmişlidə 2 uşağın ölməsi ilə nəticələnən qəzaya səbəb olan "Mersedes" markalı avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb.

Bu barədə açıqlamasında ekspert Elməddin Muradlı bildirib. Qeyd edib ki, bu hadisədə səs və sayrışan işıq siqnalları ilə hərəkət edən xidməti avtomobilin qarşısına digər nəqliyyat vasitəsinin çıxması faktdır və bunu kimsə inkar edə bilməz: "O da məlumdur ki, YPX avtomobilinin qarşısına çıxan  “Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin heç sürücülük hüququ da olmayıb, 17 yaşı var, dayısına məxsus avtomobillə hərəkət edib. Əlbəttə, bütün bunları istintaq araşdırır". 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444