Goranboy rayonunda dövlət orqanlarının əməkdaşları arasında stolüstü tenis idman növü üzrə şəxsi birincilik keçirilmişdir.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki, 24 yanvar 2025-ci il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə, Goranboy Olimpiya İdman kompleksində "2 Fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda işləyən əməkdaşlar arasında stolüstü tenis üzrə şəxsi birincilik keçirilmişdir.
Birincilikdə dövlət orqanlarından 24 nəfər əməkdaş olimpiya sistemi üzrə qalibiyyət uğrunda mübarizə aparmışlar.
Yarışın yekun nəticəsinə əsasən:
🥇 Yer - Goranboy Regional Mühafizə Şöbəsi- Polis İdarəsinin əməkdaşı Vüqar Əsgərov
🥈 Yer - Goranboy Uşaq Gənclər İdman Şahmat Məktəbinin əməkdaşı Arzu Musayev
🥉 Yer - Goranboy Olimpiya İdman Kompleksinin əməkdaşı Vüqar Verdiyev
Qaliblər diplomlarla mükafatlandırıldılar.