patriotnews.az
http://patriotnews.az

Azərbaycanın tanınmış veteran futbolçuları Tbilisidə səfərdədir

2-05-2025, 11:20 Baxılıb: 81

 

Azərbaycanın tanınmış veteran futbolçuları Gürcüstanın paytaxtı Tbilisidə səfərdədir. Bu barədə Patriot News.az saytına səfərdə iştirak edənlərdən biri – veteran futbolçu Asif Əliyev məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etmək və Gürcüstanın tanınmış futbolçusu, əfsanəvi müdafiəçi Aleksandr Çivadzenin 70 illik yubiley mərasimində iştirak etməkdir.

Hər iki tədbirdə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, olimpiya çempionu İqor Ponomaryov, həmçinin tanınmış veteran futbolçular – İsgəndər Cavadov, Asim Xudiyev Maşallah Əhmədov və Asif Əliyev iştirak edirlər.

Nəzərdə tutulmuş iki günlük səfər bu gün başa çatır.

Müəllif: Ceyhun Əliyev







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30