patriotnews.az
http://patriotnews.az

Bu ay Azərbaycanda əfv GÖZLƏNİLİR

Dünən, 11:46 Baxılıb: 5

Bu ay Azərbaycanda əfv GÖZLƏNİLİR

Bu il Prezident yanında Əfv Məsələləri Komissiyasının ümumilikdə 6 iclası keçirilib. 6 iclasda ümumilikdə 700-dən çox müraciətə baxılıb.

Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, iclaslar davam edəcək:

“Əfv Komissiyasının iclasları davam edir. İclaslarımız yenə də olacaq. Daxil olan müraciətlərə baxılmasına davam ediləcək. Komissiya sədri tərəfindən iclasların başa çatması ilə bağlı qərar qəbul ediləndən sonra bütün rəylər cənab Prezidentə təqdim ediləcək. Bundan sonra cənab Prezident tərəfindən sənəd qəbul olunacaq. Çünki məlum olduğu kimi, əfv sərəncamının imzalanması Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Komissiya yalnız məsələnin texniki tərəfləri ilə bağlı işləri görür”.

Qeyd edək ki, Əfv sərəncamının may ayında imzalanması gözlənilir. Dəqiq tarix hələlik məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031