"Kəpəz" rəsmisi: "Rəhbərlik baş məşqçiyə güvənir, yazılanlar həqiqəti əks etdirmir"
Misli Premyer Liqasında çıxış edən "Kəpəz" klubu cari mövsümün sonunda baş məşqçi Azər Bağırovla yolların ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
"Report"a açıqlamasında Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayev 40 yaşlı mütəxəssislə əməkdaşlıqlarının davam etdiyini söyləyib:
O, rəhbərliyin də baş məşqçiyə güvəndiyini vurğulayıb:
"Klubumuzun Azər Bağırov ilə əməkdaşlığı davam edir. Klubla baş məşqçi arasında hər hansı fikir ayrılığı yoxdu. Rəhbərlik də mütəxəssisə güvənir, tam dəstəyini ifadə edir. Yazılanlar həqiqəti əks etdirmir".
Qeyd edək ki, yerli mətbuatda "Kəpəz"in mövsümün sonunda Azər Bağırovla vidalaşacağı və onu bu postda "Xəzər Lənkəran"ın rumıniyalı sabiq baş məşqçisi Mirça Rednikin əvəzləyəcəyi yazılıb.