patriotnews.az
http://patriotnews.az

Mirça Abrudea Azərbaycana rəsmi səfərə GƏLDİ

13-04-2025, 11:00 Baxılıb: 0

Mirça Abrudea Azərbaycana rəsmi səfərə GƏLDİ

Rumıniya Parlamenti Senatının sədri vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean aprelin 13-də ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya parlament nümayəndə heyətini Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Mirça Abrudeanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər aprelin 15-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930