patriotnews.az
http://patriotnews.az

Gəncə Filialından 2025-ci ilə Uğurlu Başlanğıc

1-05-2025, 19:56 Baxılıb: 32

 

2025-ci ilin ilk böyük uğuru Gəncə filialının adı ilə yadda qaldı. Mart ayı üzrə Bank BTB-nin daxili satış nəticələrinə əsasən, Gəncə filialı ən yüksək satış göstəricisinə imza ataraq Satış Kubokuna layiq görüldü. Bu uğur həm kollektivin əzmkarlığının, həm də komanda şəklində qurulan məqsədyönlü fəaliyyətin nəticəsidir.

Filial rəhbərliyi bu nailiyyətin əldə olunmasında dəstəyini əsirgəməyən Bank BTB rəhbərliyinə təşəkkürünü bildirir. Göstərilən etimad və motivasiya komandamızın daha da güclənməsinə və yeni zirvələrə doğru inamla irəliləməsinə şərait yaradır.

Əldə edilən uğur, Gəncə filialının hər bir əməkdaşının zəhməti və fədakarlığı sayəsində mümkün olub. Komanda ruhu, peşəkarlıq və qarşılıqlı dəstək bu nəticənin əsas təməl daşıdır. Filial olaraq qarşımıza qoyduğumuz hədəflərə çatmaqda "birlikdə güclüyük" prinsipi bizi daim irəli aparır.

Bu qələbə ilə Gəncə filialı 2025-ci ilə möhtəşəm bir başlanğıc edib və ilin qalan hissəsində daha böyük uğurlar əldə etməyə qərarlıdır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30