patriotnews.az
http://patriotnews.az

Ötən il Azərbaycanda elektron ticarətin həcmi 27 mlrd. manatdan çox artıb

4-02-2025, 11:13 Baxılıb: 12

Ötən il Azərbaycanda elektron ticarətin həcmi 27 mlrd. manatdan çox artıb

2024-cü il ərzində Azərbaycanda debet və kredit kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 78 milyard 882 milyon manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 60.9% və ya 29.8 milyard manat artıb.

Ötən il kartlar vasitəsi ilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin 66 milyard 515 milyon manatı ( 84.3%-i) elektron ticarətin payına düşüb ki, bu da 2023-cü illə müqayisədə 69.8% və ya 27.3 milyard manat çoxdur.

Hesabat dövründə sözügedən nağdsız ödənişlərin 12 milyard 274 milyon manatı POS-terminallar, 83 milyon manatı özünə xidmət terminalları, 10 milyon manatı isə bankomatlar vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30