patriotnews.az
http://patriotnews.az

Muxtar Babayev COP28-in prezidenti ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib

11-02-2025, 18:29 Baxılıb: 0


Muxtar Babayev COP28-in prezidenti ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib

COP29-un prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan əl-Cabirlə iqlim maliyyələşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

"COP29-un prezidenti Muxtar Babayev WGS25-də (World Governments Summit) Sultan əl-Cabirlə görüşüb və ötən il COP28 sədrliyi tərəfindən Azərbaycana göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Onlar həmçinin BƏƏ və Azərbaycan arasında əsas iqlim prioritetləri, xüsusilə iqlim maliyyələşdirilməsi, enerji keçidi və innovativ həllər sahəsində tərəfdaşlığın davam etdirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər süni intellekt də daxil olmaqla yeni texnologiyaların qlobal iqlim fəaliyyətlərinin sürətləndirilməsində və ümumi hədəflərə nail olunmasında necə mühüm rol oynaya biləcəyini müzakirə ediblər", - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031