patriotnews.az
http://patriotnews.az

Polis generalı vəfat etdi - FOTO

22-02-2025, 17:10 Baxılıb: 2

Polis generalı vəfat etdi - FOTO
Azərbaycanın General İcra Başçısı olmuş Ərziman Əliyev vəfat edib. 
Bu barədə Sfera.az-a Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib.
Qeyd edək ki, o,  2004-2007-ci illərdə Quba rayon  İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib. 2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
 
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031