patriotnews.az
http://patriotnews.az

Astanada KTMT dövlət başçılarının sammiti keçirilir

28-11-2024, 14:01 Baxılıb: 0

Astanada KTMT dövlət başçılarının sammiti keçirilir

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının sammiti keçirilir.

Tədbir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilir.

Sammitdə Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentləri iştirak edirlər. Təşkilatın üzvü olan Ermənistan rəhbərliyi sammitə qatılmayıb.

Liderlər Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılmasını müzakirə edirlər.

Sammitin sonunda 14 sənədin, o cümlədən yekun bəyannamənin və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə birgə bəyanatın imzalanması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30