Xorvatiyanın Baş naziri: "Zaqreb və Bakı ticarət və investisiyaların həcmini artırmağı hədəfləyib"
Bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç sosial şəbəkə hesabında yazıb.
"Xorvatiya-Azərbaycan iqtisadi forumu ərəfəsində ölkəmizdə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirdik. Yaxşı səviyyədə olan siyasi və iqtisadi əlaqələri müzakirə etdik, məqsədimiz ticarət və investisiyaların həcmini daha da artırmaqdır", - o bildirib.