patriotnews.az
http://patriotnews.az

Naxçıvanın bəzi kəndlərində su olmayacaq

6-03-2025, 10:01 Baxılıb: 0

Naxçıvanın bəzi kəndlərində su olmayacaq

Naxçıvan şəhərinin bəzi kəndlərində içməli suyun verilişində fasilə yaranacaq.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan şəhərinin Bulqan, Qaraçuq, Qaraxanbəyli kəndlərində təzyiqqırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq. 

Bu gün saat 10:00-dan başlayacaq təmir-bərpa işlərinin saat 12:00-da yekunlaşacağı planlaşdırılır.

Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031