Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib
Patriot News.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub.
Gecəni giriş sözü ilə açan Azərbaycanın mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov festivalın əhəmiyyətindən bəhs edib.
Bağlanış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Xalq artistləri Gülnaz İsmayılova, Şahnaz Haşımova, Sevinc İbrahimova, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Aybəniz Haşımova, Ehtiram Hüseynov, Tural Abdullayev, Səidə Tağızadə (fortepiano), Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rüstəm Cəfərovun ifaları böyük rəğbətlə qarşılanıb.