Təhsil işçiləri arasında intellektual yarış keçirilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsil işçiləri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
Yarışda Regional Təhsil İdarəsinin İnzibati təşkilat, Tədrisin keyfiyyəti, Maliyyə-İqtisadiyyat, yerli təhsil sektorlarının müdir və əməkdaşları komandalar şəklində iştirak ediblər.
İki hissədən ibarət olan yarışda komandalar ümumillikdə 30 sualı cavablandırmalı olublar. İntellektual yarışın keçirilməsində məqsəd təhsil sektorları arasında əməkdaşlığı və dostluğu gücləndirməkdən ibarət olub.
Yarışda ümumillikdə 64 nəfər 8 komanda şəklində iştirak edib. Yarış iştirakçıları müxtəlif mövzularda onlara ünvanlanan maraqlı və düşündürücü sualları cavablandırıblar.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən I yerə İnzibati təşkilat sektorundan təşkil edilmiş "Femida", ikinci yerə Gəncə şəhəri üzrə təhsil sektorundan təşkil edilmiş "Zəfər", Göygöl rayonu üzrə təhsil sektorundan təşkil edilmiş "Murov" komandası və Goranboy rayonu üzrə təhsil sektorundan təşkil edilmiş "Dəmir Yumruq" komandası, III yerə isə Samux rayonu üzrə təhsil sektorundan təşkil edilmiş "Flaqman" komandası və Tədrisin keyfiyyəti sektorundan təşkil edilmiş "Step case" komandası layiq görülüb.
Müvafiq yerlərə layiq görülən komandalar hədiyyə və Fəxri Fərman ilə təltif ediliblər.
@Patriot News.az