patriotnews.az
http://patriotnews.az

“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir YAP Gəncə rayon təşkilatında keçirildi

19-02-2025, 18:28 Baxılıb: 2

“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir YAP Gəncə rayon təşkilatında keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən icra edilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri YAP Gəncə rayon təşkilatında keçirilib. Layihənin rəhbəri Büllur Məmmədovadır. 3 ay müddətində reallaşdırılan bu layihə çərçivəsində müxtəlif bölgələrdə gənclərə yönəlik maarifləndirici və mədəni maarifləndirici tədbirlər təşkil olunur.

Tədbirin əsas məqsədi gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısını almaq, onların bu təhlükədən qorunmasına dəstək olmaq və sağlam sosial mühitin formalaşmasına töhfə verməkdir. Müzakirələrdə narkotiklərin fiziki, psixoloji və sosial nəticələri haqqında geniş məlumat verilib. Gənclərə zərərli vərdişlərdən uzaq durmağın yolları, düzgün həyat seçimləri və sağlam yaşam tərzinin üstünlükləri barədə ətraflı danışılıb.

Tədbirin diqqətçəkən məqamlarından biri yaradıcı sənayelərin gənclərin həyatında oynadığı rolun vurğulanması olub. Bildirilib ki, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsi və mədəni sahəyə cəlb olunmaları narkotiklərə meyilliliyin azalmasına mühüm təsir göstərir. Bu məqsədlə tədbir iştirakçılarına yaradıcı sənaye sahəsində mövcud imkanlar, peşə və hobi istiqamətləri haqqında məlumat təqdim olunub.

Qeyd edilib ki, yaradıcı sənayelər — musiqi, dizayn, kino, teatr, rəqəmsal sənət, ədəbiyyat, animasiya və digər bu kimi sahələr — gənclərin həm özlərini ifadə etmələrinə, həm də məşğulluq imkanlarının genişlənməsinə zəmin yaradır. Eyni zamanda, bu sahəyə yönəlmiş gənclər üçün həm fərdi inkişaf, həm də cəmiyyətə faydalı və məhsuldar vətəndaş kimi formalaşma imkanları artır.

Layihənin davamı olaraq qarşıdakı aylarda da ölkənin müxtəlif bölgələrində analoji tədbirlərin təşkili nəzərdə tutulur. Bu təşəbbüs, gənclərin narkotiklərdən uzaq durmasını təşviq etməklə yanaşı, onların daha sağlam, yaradıcı və fəal bir cəmiyyətin üzvünə çevrilməsinə dəstək olmağı hədəfləyir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031