patriotnews.az
http://patriotnews.az

"Kəpəz" bunu bacardı

4-02-2025, 10:40 Baxılıb: 113

 

Gəncənin "Kəpəz" futbol klubu Azərbaycan Premyer Liqasında ardıcıl ikinci ev oyununda 3 və ya daha çox qol vuraraq 13 il sonra ilkə imza atıb.

Patriot News.az xəbər verir ki,  Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIX turunda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gələn Gəncə klubu XXI turda "Sabah"a qarşı məhsuldarlıq nümayiş etdirib (3:2).

"Kəpəz" son 13 mövsümdə ilk dəfə ardıcıl iki dəfə qonaqların qapısına minimum 3 top vurub.

Qərblilər sonuncu dəfə 2011/12 mövsümündə belə göstəriciyə imza atıblar. Gəncə təmsilçisi 2012-ci ilin martında "Qəbələ"ni 3:2, "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Kəpəz"in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-98-ci illərdə qeydə alınıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30