Qadın voleybolçuların Yüksək Liqasına yekun vurulub.
Bu gün Milli Gimnastika Arenasında keçirilən ikinci final qarşılaşmasında “AZERRAIL” klubu 3:0 hesabı ilə (İlk oyun “Abşeron” - “AZERRAIL” 3:0) qalib gələrək çempion adını qazanıb.
Final qarşılaşmasından sonra Yüksək Liqanın mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib və onlara uğurlar arzulayıblar.
Daha sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim edib. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Çingiz Hüseynzadə, qalib komandalara medalları isə CEV prezidenti Roko Sikiriç, AVF-nin prezidenti Şahin Bağırov və AVF-nin vitse-prezidenti Faiq Qarayev təqdim ediblər.
Beləliklə, qadın voleybolçuların Yüksək Liqasının qalibi “AZERRAIL”ə qızıl medal və kubok, “Abşeron”a gümüş, “Milli Aviasiya Akademiyası”na isə bürünc medallar təqdim olunub.
Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, sabah kişi voleybolçuların Yüksək Liqasında son final matçı və mükafatlandırma mərasim i keçiriləcək.
Təbriklər “AZERRAIL”! Qadın voleybolçuların Yüksək Liqasının bu mövsümü böyük həyəcan və rəqabətlə yadda qaldı. “AZERRAIL”in final mərhələsindəki qətiyyətli çıxışı (hər iki oyunda 3:0 qələbə) onların bu ilki dominantasını bir daha sübut etdi.
Əlavə olaraq, mükafatlandırma mərasiminin bu qədər yüksək səviyyədə təşkili və tanınmış idman xadimlərinin iştirakı Azərbaycanın voleybola verdiyi önəmi göstərir.