İsrail HHQ İranın ballistik raket mövqelərini və nüvə obyektlərini hədəfə alıb
İsrail Hərbi Hava Qüvvələrinin ötən gecə hücumları əsasən İranın ballistik raket mövqelərinə fokuslanıb.
Əlavə olaraq nüvə sentrifuqalarının istehsal müəssisələri də hədəfə alınıb.
Bildirilib ki, İsrailin 50 qırıcısı ümumilikdə 20 hədəfi vurub. Hədəflər arasında ballistik raketlərin istehsalı üçün nəzərdə tutulan obyektlər də var.