patriotnews.az
http://patriotnews.az

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Bu gün, 16:01 Baxılıb: 0

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Ədliyyə Nazirliyinin göstərdiyi xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib.

Bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə - həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.

“Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür. İstifadəçilər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və şəxsi kabinet yaradaraq tətbiqdən istifadə edə biləcəklər.

Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri (əmlaka həbs, nəqliyyat vasitəsinə həbs, borclunun axtarışa verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və s.) və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə biləcəklər.

Yeni tətbiqin istifadəyə verilməsində məqsəd şəffaflıq və hesabatlılığın artırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, icra proseslərinə nəzarətin artırılması, həmçinin fiziki və hüquqi şəxslərə rəqəmsal həllərə əsaslanan operativ xidmətlərin təqdim edilməsidir.

Mobil tətbiq mərhələli şəkildə təkmilləşdiriləcək. Belə ki, tətbiqin növbəti versiyasında hüquqi şəxslər üçün arayışların elektron təqdim olunması, fiziki və hüquqi şəxslərin icra işlərinə dair ödənişlərinin onlayn şəkildə tətbiq vasitəsilə həyata keçirilməsi, ödəniş tarixçəsinə və qalıq borca nəzarət edilməsi funksionallıqları istifadəyə veriləcək.

“Mobil icra” tətbiqi “Elektron icra” informasiya sisteminin məlumat bazası üzərindən fəaliyyət göstərir. Bu ilin I yarısında “Elektron icra” informasiya sistemi də təkmilləşdirilərək, yeni funksionallıqlar əlavə edilib, digər sistemlərlə inteqrasiyalar genişləndirilib, informasiya sisteminin avtomatlaşdırma səviyyəsi yüksəldilib. Bu təkmilləşdirmələr məhkəmə və digər orqanların qərarlarının icrasında səmərəliliyin və şəffaflığın artırılmasına şərait yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30