patriotnews.az
http://patriotnews.az

Mütəxəssis yay günlərində uşaqların günvurmadan qorunması üçün valideynlərə müraciət edib

Bu gün, 15:34 Baxılıb: 0

Mütəxəssis yay günlərində uşaqların günvurmadan qorunması üçün valideynlərə müraciət edib

Yay günlərində uşaqları günvurma riskindən qorumaq üçün valideynlər diqqətli olmalıdırlar.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, hamilə qadınların, yaşlı insanların və uşaqlarının orqanizmi temperatur dəyişikliklərinə qarşı adaptasiya olmaqda daha çox çətinlik çəkir:

"Yayda saat 11:00-dan 17:00-dək uşaqların birbaşa günəş şüalarına məruz qalması təhlükəlidir. Buna görə açıq havada oynamaq üçün səhər tezdən və ya axşamüstü saatları seçilməlidir. Uşaqlara yüngül, açıq rəngli və hava keçirən paltarlar geyindirilməli, başlarına papaq qoyulmalı və bədənlərinin mümkün qədər örtülü olmasına diqqət edilməlidir. Dəri üçün günəşdən qoruyucu kremlərin istifadəsi də mütləqdir".

Mütəxəssiz eyni zamanda qeyd edib ki, xroniki xəstəliyi olan bəzi insanlar da isti havalarda diqqətli olmalıdır^

"Ürək-damar sistemi xəstəlikləri olan şəxslərdə yüksək temperatur qan damarlarının genişlənməsinə və təzyiqin düşməsinə səbəb ola bilər. Bu isə ürək döyüntülərinin artmasına, ürəyin yükünün çoxalmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxara bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30