Cənubi Koreyadakı sərgidə gənc azərbaycanlı rəssamların əsərləri təqdim olunub
Cənubi Koreyada təşkil edilən Beynəlxalq İncəsənət Mübadiləsi sərgisində gənc azərbaycanlı rəssamların rəsmləri təqdim olunub.
Bu barədə Azərbaycanın Seuldakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Pyonqtek şəhərində keçirilən sərginin mövzusu "Sülh və sakitlik" olub. Tədbir Azərbaycan səfirliyi tərəfindən yerli Beynəlxalq Mübadilə Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.