patriotnews.az
http://patriotnews.az

Türkiyə-İran sərhədində təhlükəsizlik tədbirləri artırılıb

Bu gün, 16:32 Baxılıb: 0

Türkiyə-İran sərhədində təhlükəsizlik tədbirləri artırılıb

Hazırda qonşu İranda baş verən son hadisələr səbəbindən sərhədlərdəki təhlükəsizlik tədbirləri də artırılıb.

Bunu milli müdafiə naziri Yaşar Gülər Vanda İranla sərhəd xəttində yerləşən hərbi hissədə keçirdiyi toplantıda deyib.

O qeyd edib ki, sərhəddə qurulan təhlükəsizlik sistemləri bir çox ölkə üçün də nümunə təşkil edir.

"Bundan sonra da baş verə biləcək yeni hadisələrə qarşı sərhəd təhlükəsizliyimizi ən yüksək səviyyədə təmin etməyə davam edəcəyimizdən heç kimin şübhəsi olmasın. Əlbəttə ki, bunlarla kifayətlənmirik. Hörmətli Prezidentimizin liderliyi ilə başda milli döyüş təyyarəmiz KAAN və orta-uzun mənzilli raket layihələrimiz ilə yerli texnologiya əsasında inkişaf etdirdiyimiz raketlərimizin inteqrasiya olunacağı hava müdafiə sistemimiz "Polad Günbəz" sayəsində vətənimizin qorunmasında ən yüksək müdafiə qabiliyyətinə çatmaq ən böyük hədəfimizdir", - nazir vurğulayıb.

O əlavə edib ki, Türkiyə bölgədəki bütün hadisələri də nəzərə alaraq çoxölçülü, dərin müdafiə və təhlükəsizlik siyasətlərini effektiv şəkildə tətbiq etməyə, lazım olan bütün tədbirləri tərəddüdsüz olaraq həyata keçirməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30