İsrail Ordusu: Əməliyyatın başlanğıcından bəri İrana 1 100-dən çox zərbə endirilib
İsrail Hərbi Hava Qüvvələri 13 iyundan bəri İranda keçirilən əməliyyat zamanı müxtəlif obyektlərə 1 100-dən çox zərbə endirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Efi Defrin bildirib.
"Biz nüvə təhlükəsini neytrallaşdırmaq üçün sistematik şəkildə fəaliyyət göstəririk", - o mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, bu zərbələr İran ballistik raketlərinə və hava hücumundan müdafiə vasitələrinə "vurulan əhəmiyyətli ziyanı daha da ağırlaşdırır".
E.Defrin əlavə edib ki, İran ötən gecə İsrailə təxminən 30 ballistik raket atıb, onların əksəriyyəti zərərsizləşdirilib.