Qarabağ qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Gəncə filialının ofisində olub
Qarabağ qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev və birliyin sədr müavinləri Ədalət Məhərrəmov, Sadiq Quliyev və Bəhruz Camalov Gəncə şəhər Qarabağ qaziləri filialının ofisində olublar.
Qonaqları filialın sədri Eyvaz Hüseynov qarşılayıb. Görüş zamanı ofisdə yaradılan şərait barədə Asəf Əliyevə ətraflı məlumat verilib. Bildirilib ki, filialın fəaliyyəti üçün yaradılmış imkanlar qazilərin bir araya gəlməsi, sosial məsələlərin müzakirəsi və təşkilatlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qazilərə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıq ifadə olunub. Vurğulanıb ki, dövlətin qazilərə verdiyi dəstək onların cəmiyyətə inteqrasiyası və rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır.
Görüş zamanı Gəncə filialının sədri Eyvaz Hüseynov Qarabağ qaziləri İctimai Birliyinin sədri Asəf Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər. @ Patriot News.az