patriotnews.az
http://patriotnews.az

Gəncə sakinlərini aldadan şəxs tutulub

5-12-2024, 12:51 Baxılıb: 6

 

Dələduz Gəncə sakinlərinin pullarını ələ keçirib. 

Gencexeber.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata əsasən, Gəncə şəhər sakini olan 4 nəfər dələduzluq qurbanı olub. Belə ki, onların müxtəlif vaxtlarda 235, 100, 65 və 55 manat olmaqla ümumilikdə 455 manatı ələ keçirilib. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 33 yaşlı F.Şirəliyev Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031