patriotnews.az
http://patriotnews.az

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb

23-11-2024, 16:43 Baxılıb: 9

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi, işlə təminat, müalicə üçün maddi yardımın göstərilməsi kimi məsələlər yer alıb.

Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930