patriotnews.az
http://patriotnews.az

"Hərbçilər arasında I açıq Kikboksinq çempionatı" keçirilib.

24-11-2024, 20:06 Baxılıb: 0

 

Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyə Respublikasının Antalya şəhərində keçirilən "Hərbçilər arasında I açıq Kikboksinq çempionatı"nda iştirak ediblər.
Yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medalı qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər.
Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan, Türkiyə və Tailandın hərbi qulluqçuları iştirak ediblər.
Patriot News. az

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30