patriotnews.az
http://patriotnews.az

XATİRƏLƏRDƏ QALAN ÖMÜR

17-02-2025, 16:43 Baxılıb: 5

 

Bir əsrdən artıq ömür yaşamış «Gəncənin səsi» qəzeti ilə 45 illik əməkdaşlıq edən Füzuli Rüzigar artıq (Qasımov Füzuli İmran oğlu) 3 ildir ki, aramızda yoxdur. O, 1948-ci il fevral ayının 17-də Gəncə şəhərində anadan olub. 
1977-ci ildə «Gəncənin səsi» qəzetində müxbir, şöbə müdiri, məsul katib vəzifələrində işləyib. Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə 1978-ci ildə H.B.Zərdabi mükafatına, 2020-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə «Tərəqqi» medalına layiq görülüb.
Füzuli Rüzigar Gəncədə adına küçə verilmiş və büstü qoyulmuş 1990-cı il yanvarında şəhid olmuş Gəncənin ilk şəhidi Rüzigar Qasımovun qardaşıdır. Şəhid qardaşının xatirəsini əbədiləşdirmək üçün təsis etdiyi «Rüzigar» müstəqil qəzeti 2006-cı ildən fəaliyyət göstərir. 
Füzuli Rüzigar soyuq bir qış günündə – fevral ayında dünyaya gəlmişdi. Qələm əhlinin taleyinə düşən qəribəlik onun da həyatına nəsib oldu və o, məhz soyuq bir qış günündə – fevral ayında bu dünyadan getdi. Qış bütün həqiqətləri çılpaqlığı, ilkin görünüşü ilə özünü büruzə verdiyi bir fəsildir. Füzuli müəllimin də dünya ilə tanışlığı məhz bu fəslə təsadüf etmişdi. Bəlkə də hər şeyi olduğu kimi görməyə cəhd etdiyindən idi ki, gedişi də bu fəslin qismətinə düşdü. 
Sən bizim qəlbimizdə, xatirələrimizdə qalacaqsan, Füzuli müəllim. Məkanın cənnət olsun! Nə qədər ki, «Gəncənin səsi» yaşayır, sən də bu qəzetin dünyasını dəyişmiş bütün əməkdaşlarının sırasında xatirə ömrünü yaşayacaqsan: qəlblərdə, xatirələrdə, sənli günlərin söz-söhbətlərində. Bu isə hər kəsə nəsib olan qismət deyil.
Allah sənə rəhmət eləsin, Füzuli müəllim! 
«Gəncənin səsi» qəzetinin kollektivi.  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031