patriotnews.az
http://patriotnews.az

Samuxda Yuxarı Ağasıbəyli kənd sakinləri ilə səyyar görüş keçirilib.

18-02-2025, 14:22 Baxılıb: 42

 

Patriot News.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Yuxarı Ağasıbəyli kənd tam orta məktəbində kənd sakinləri ilə səyyar görüş keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Yuxarı Ağasıbəyli kəndində içməli su ilə təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930