patriotnews.az
http://patriotnews.az

Sevgilisindən bir milyona yaxın pul tələb edirmiş - Ev dustaqlığına buraxıldı

30-11-2024, 15:30 Baxılıb: 9

Sevgilisindən bir milyona yaxın pul tələb edirmiş - Ev dustaqlığına buraxıldı

Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Salman Qasımov məlumat verib.

Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.

Bakı Apellyasiya Məhkəməsi müvəkkili haqda seçilmiş 4 aylıq həbsi ev dustaqlığı ilə əvəz edib. 

“Bəniz” kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb.

Qeyd edək ki, “Bəniz” sevgili münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və vidoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin iki bəndi ilə ittiham elan edilib. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031