patriotnews.az
http://patriotnews.az

Küçə ticarəti ilə məşğul olan şəxslərlə görüşərək maarifləndirici və izahedici söhbətlər aparıblar

5-12-2024, 12:50 Baxılıb: 7

 

Patriot News.az-ın bölgə müxbirinin məlumatına əsasən “İşçi qrupu”nun üzvləri bu dəfə şəhərin H.Əliyev, Atatürk və N.Gəncəvi prospektlərində fəaliyyət göstərən kioskların, avtobus dayanacaqlarının ətrafında qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə görüşərək maarifləndirici və izahedici söhbətlər aparıblar.  İzahedici söhbətlərə və edilən ilkin xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində protokollar tərtib edilib və sözügedən obyektlərin yığışdırılması təmin olunub.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq Sərəncamı ilə şəhər ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə komissiya yaradılıb və “İşçi qrupları” fəaliyyətə başlayıb. “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031