Noyabrın 28-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov idarənin inzibati binasında vətəndaşları qəbul edib
Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.