patriotnews.az
http://patriotnews.az

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə

25-01-2025, 18:20 Baxılıb: 0

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin 6-cı Korpus komandanlığı və Birləşmiş Xüsusi Təyinatlı Əməliyyat Qrupunun ölkənin cənubundakı Kilis vilayətində yerləşdiyi əraziyə baş çəkiblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan nümayəndə heyəti Türkiyə ordusunun Suriya ilə sərhəddəki postlarından birində də olub. S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə Türkiyə ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444