patriotnews.az
http://patriotnews.az

15 fevral – akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür.

15-02-2025, 14:00 Baxılıb: 90

 

Arif Paşayev Azərbaycan ziyalılığının etalonu sayılacaq ailələrdən birində – ədəbiyyatımıza milli obrazlar, milli süjetlər, ədəbiyyatşünaslığımıza milli düşüncə tərzi gətirən Xalq yazıçısı, professor Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmiş, özü də elmin və insanlığın zirvəsinə yüksəlmiş Alimdir, Vətəndaşdır, Ziyalıdır. Necə ki, Bakı Dövlət Universitetnin bütün müəllim-tələbə heyəti Mir Cəlal Paşayevin müəllimliyi, ziyalılığı barədə ancaq ürək dolusu xoş xatirələr danışırlar, eynilə Arif Paşayev haqqında da bu gün hər kəsdən ancaq xoş, minnətdarlıq dolu söhbətlər eşitmək mümkündür. Şübhəsiz ki, bu, kökdən, nəsildən gələn bir alilikdir, nəciblikdir, ziyalılıqdır. 

Arif Mir Cəlal oğlu Paşayev 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Elmi axtarışlarını uğurla davam etdirərək 1978-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikası Dövlət mükafatına, “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR” – Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.

Azərbaycanda elmin, təhsilin inkişafında böyük xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə “Şöhrət” ordeninə layiq görülüb.

O, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində Birləşmiş İxtisaslaşdırılmış Şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində Aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə Şurasının üzvüdür.

Arif Paşayev Əməkdar elm xadimi, 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.

@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30