patriotnews.az
http://patriotnews.az

Tovuzda “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

28-11-2024, 10:36 Baxılıb: 0

 

Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbdə “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.  

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı aparatının və Tovuz Rayon Polis Şöbəsinin məsul əməkdaşları, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə Gənclər və İdman Sektorunun müdiri, Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbin müəllimləri çıxış edərək bildirmişlər ki, erkən nigah cəmiyyətimizdə bəlalı problemlərdən biridir.Ölkəmizdə onun doğurduğu fəsadlarla bağlı onu deyə bilərik ki, erkən nigah bəzən qızların öz istəkləri, bəzən də valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətinliyi və digər səbəblərdən baş verir.
Xalqımızın gözəl adətləri çoxdur və bunlardan biri də müqəddəs dəyərlərə bağlı olan toy adətidir. O adət ki, onunla yeni bir ailənin təməli qoyulur. Təəssüflər olsun ki, bəzi toy məclisləri heç də gözəl bir ailənin təməlini qoymaq məqsədilə yox, müxtəlif maraqlar üçün qurulur. Əsasən də müxtəlif səbəblərdən qız uşaqlarının uşaqlıq həyatından alınaraq erkən nikaha cəlb edilməsi hal-hazırkı dövrümüzün aktual problemidir.Erkən nikahların qarşısının alınması ilə bağlı həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin aparılması vacibdir. 

Tədbir gənclərlə müzakirələr şəkilində davam etdirilmişdir.    

@ Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930