patriotnews.az
http://patriotnews.az

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında media nümayəndələri ilə görüş keçirilib

28-11-2024, 15:59 Baxılıb: 52

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və 20 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edib.

Elçin Kərimov qarşıda duran hədəfləri diqqətə çatdırıb, regionun təhsilinin uğurla inkişaf etdirilməsi, kadr islahatlarının aparılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələləri vurğulayıb. İdarə müdiri səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu  bildirib.

Görüş müddətində media nümayəndələrinin təhsillə bağlı sualları cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib.

Sonda media nümayəndələri ilə xatirə şəkli çəkdirilib.

 



 

@Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30