Samuxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı tədbir keçirilib.
Patriot News.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yuxarı Ağasıbəyli kəndində “Qərbi Azərbaycanın tarixi, deportasiyalar və qayıdış prioritetləri” adlı tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Ağsaqqallar Şurasının sədri Garay Bayramov, Qərbi Azərbaycandan olan vətəndaşlarımız iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma vətəninə qayıtması hüququnun və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, o cümlədən gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə məlumatlılığının artırılması olub.
Tədbiri giriş sözü ilə açan Kəmalə Xəlilova Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəal iştirakının təşviq olunmasının vacibliyindən danışıb.
Onlara Qayıdış Konsepsiyası və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışı istiqamətində indiyədək həyata keçirilən tədbirlər barədə məlumat verib.