patriotnews.az
http://patriotnews.az

Nizami yurdunun yetirmələri Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında ölkəmizi uğurla təmsil edib

14-04-2025, 21:10 Baxılıb: 0

 

Patriot News . az xəbər verir ki , 04-14 Aprel 2025-ci il tarixlərində Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları keçirilib. 

Millimizin heyətində Serbiyaya yollanan “Təhsil” RİM PHŞ Gəncə şəhər 1 nömrəli UGİŞM-in bölmələrinin yetirmələri də müvəffəqiyyət qazanıblar. Belə ki, boks bölməsi üzrə Yusif Əli (52 kq) və Nəriman Əli (54 kq) bürünc, Sərxan Haqverdiyev (63 kq) gümüş medallara layiq görülüblər. Taekvando bölməsinin yetirməsi Fidan Muxtarzadə 29 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Bununla yanaşı, sərbəst güləş bölməsinin yetirmələri Elman İsmayılov (38 kq) və İbrahim Həsənov (44 kq) birinciliyi əldə edərək qızıl medala layiq görülüblər. Yunan-roma bölməsi üzrə isə Əli Məmmədov 68 kq çəki dərəcəsində üçüncü yerə çıxıb.  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30