patriotnews.az
http://patriotnews.az

“Sağlam gənclik naminə narkomaniyaya yox deyək!”

Dünən, 18:30 Baxılıb: 28

 

Göygöl rayon Polis şöbəsinin təşkilatçılığı ilə şəhərin İ.Hüseynov adına 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda görüş keçirilib. Patriot News. az xəbər verir ki, görüşdə Göygöl rayon Polis şöbəsinin rəisi polis-polkovniki Şəmşir Kazımov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib, narkomaniyanın insan sağlamlığına və yaşam tərzinə mənfi təsiri barədə ətraflı məlumat verib. Bildirilib ki, müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyildir. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün azalmasına gətirib çıxarır. Narkotik maddələr daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasını pozur. Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930