patriotnews.az
http://patriotnews.az

ASA ilə AFFA arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Dünən, 18:48 Baxılıb: 7

 

Azərbaycan İdman Akademiyasında (ASA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.

Patriot News.az xəbər verir ki, görüşdə AFFA-nı Baş katib Cahangir Fərəcullayev, Baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, Assosiasiyanın Təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və “Azərloteraya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təmsil ediblər.

ASA-nın nümayəndə heyətində isə Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Məşqçilik proqramının rəhbəri İlqar Əliyev, dosent Namiq Quliyev, eləcə də proqram koordinatorları Cavid Cəlilov və Rüstəm Rüstəmli yer alıblar.

Görüşdə tərəflər arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətləri müzakirə olunub. Birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu cür görüşlərin mütəmadi keçirilməsi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra qonaqlar ASA-nın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olublar. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930