patriotnews.az
http://patriotnews.az

“Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanıldı

Bu gün, 11:18 Baxılıb: 7

 

“AzerGold” QSC-nin təşəbbüsü, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb.
“Patriot News.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Qocayev, eləcə də yerli icra nümayəndəlikləri, bələdiyyə və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı olub.
Bildirilib ki, layihə “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən və Göygöl rayonlarında heyvandarlıq və bitkiçilik təsərrüfatlarında məhsuldarlığın artırılmasına töhfə vermək, aqrar sahədə fəaliyyətin ətraf mühitin mühafizəsi norma və tələblərinə uyğun şəkildə təşkilinə dəstək göstərmək məqsədilə icra edilir. Bu məqsədlə layihə çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda il ərzində ümumilikdə 24 dəfə fitosanitar monitorinq, 12 dəfə fumiqasiya tədbiri, 150 məntəqədə bitki mühafizə tədbiri, laborator müayinələr, torpaq və su nümunələrinin ekspertizası, aqrokimyəvi analizlərin aparılması nəzərdə tutulub. Həmçinin heyvandarlıq təsərrüfatlarında 6 dəfə baytarlıq yoxlamalarının aparılması, o cümlədən 280 iribuynuzlu, 285 xırdabuynuzlu, 123 arı ailəsinə ümumi kliniki baxışın keçirilməsi, qan nümunələrinin analizi, ümumi sahəsi 2026 m2 olan heyvandarlıq məntəqələrində 7 dəfə dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində fəaliyyət göstərən kəndli-fermerlərə ümumilikdə 60-dan çox təlimin keçirilməsi, onların bitkiçilik sahəsində zərərli orqanizmlərlə mübarizə, fitosanitar monitorinq, fumiqasiya tədbirləri, xüsusi təhlükəli yoluxucu xəstəliklərlə mübarizə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün torpaqların aqrokimyəvi analizlərinin aparılması üsul və qaydaları haqqında məlumatlandırılması, zəruri məsləhətlərin verilməsi planlaşdırılıb.
Bununla “AzerGold” QSC-nin istismar işləri həyata keçirdiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə kəndli-fermerlərin öz təsərrüfatlarını daha da inkişaf etdirməsinə dəstək göstəriləcək, əhalinin məşğulluğu, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə töhfələr veriləcək. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930