1000-dən çox könüllünün III MDB oyunlarında iştirakı gözlənilir.
Patriot News.az xəbər verir ki, III MDB Oyunlarının açılış və bağlanış iki mərasimində Gəncə şəhərində 1000-dən çox könüllünün iştirakı nəzərdə tutulur
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin mükəmməl təşkili üçün 500 könüllünün fəal iştirakı nəzərdə tutulub.
Bu barədə mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova deyib.
O, 3000-ə yaxın könüllünün yarışa cəlb olunacağını söyləyib.
İ.Əhmədova Gəncə şəhərində 1000-dən çox könüllünün olacağını vurğulayıb.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.