patriotnews.az
http://patriotnews.az

24-30 aprel Ümumdünya İmmunlaşdırma Həftəsidir.

24-04-2025, 17:49 Baxılıb: 0

 

Ümumdünya İmmunlaşdırma Həftəsi ictimaiyyətin diqqətini yoluxucu xəstəliklərdən qorunmaq üçün əsas profilaktik tədbirlərdən olan immunizasiyaya cəlb etmək məqsədi daşıyır. 
Patriot News.az xəbər verir ki. bununla bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tədbir təşkil edilib. Tədbirdə İlkin Səhiyyə Xidmətinin rəhbəri Ruhəngiz Əliyeva çıxış edərək bildirib ki, peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və ölümdən xilas edən əsas sağlamlıq tədbirlərindən biridir. İmmunizasiya hər il 2-3 milyon insanı difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən qoruyur.

Qeyd olunub ki, hər bir uşağın hələ də dünyada ciddi fəsadlar yaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəbdən də immunlaşdırmanın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30