patriotnews.az
http://patriotnews.az

Fərid Qayıbov FIBA-nın baş katibi ilə basketbolun inkişafını müzakirə etdi

Bu gün, 18:41 Baxılıb: 11

 

Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklisi qəbul edib. Görüş zamanı Azərbaycanda basketbolun inkişafı, FIBA ilə mövcud və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Patriot News.az xəbər verir ki, Nazir Fərid Qayıbov ölkədə idmanın müxtəlif sahələrinin, o cümlədən basketbolun daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışaraq, beynəlxalq təşkilatlarla əməkdaşlığın bu sahədə mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanda basketbola marağın artdığını və bu idman növünün kütləviləşdirilməsi üçün müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

FIBA-nın baş katibi Andreas Zaqklis öz növbəsində Azərbaycanın idman sahəsində qazandığı uğurları yüksək qiymətləndirib və basketbolun inkişafı istiqamətində əməkdaşlığa açıq olduqlarını bildirib. O, xüsusilə 3x3 basketbol üzrə turnirlərin təşkili və gənclər arasında bu idman növünün təşviqi baxımından Azərbaycanın böyük potensiala malik olduğunu qeyd edib.

Görüşdə həmçinin Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov, federasiyanın İdman direktoru Turqay Zeytingöz, eləcə də FIBA 3x3 basketbol yarışları üzrə menecer Yovana Vukoye iştirak ediblər. Tərəflər birgə təşəbbüslərin həyata keçirilməsi, təlim proqramlarının təşkili və beynəlxalq layihələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar.

Bu cür yüksək səviyyəli görüşlər Azərbaycanda basketbolun strateji inkişaf planının bir hissəsi kimi qiymətləndirilir və idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930