Gəncə Şəhər Birləşmiş Xəstəxanasının İnnovasiya Ruhlu Kadrı – Aygün Qafarova
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) peşəkar və yeniliyə açıq kadrlarından biri – Sığortanın təşkili və innovasiya şöbəsinin müavini Aygün Qafarova ilə tanış olaq.
Qafarova Aygün Sərxan qızı 24 may 1986-cı ildə Gəncə şəhərində anadan olub. Ali təhsilini 2003–2008-ci illərdə Gəncə Dövlət Universitetində bakalavr pilləsi üzrə tamamlayıb. Elmi biliklərini daha da dərinləşdirmək məqsədilə 2015–2017-ci illərdə eyni universitetdə magistratura təhsilini davam etdirib.
Peşəkar fəaliyyətinə 2021-ci ildə Gəncə ŞBX-nin Sığortanın təşkili və innovasiya şöbəsində mütəxəssis kimi başlayan Aygün xanım, öz bacarığı və təşəbbüskarlığı ilə qısa müddət ərzində fərqlənməyi bacarıb. 2023-cü ildən etibarən həmin şöbədə müavin vəzifəsini icra edir.
İctimai sağlamlıq sahəsində sığorta və innovasiya istiqamətində mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edən Aygün Qafarova, həm də komanda işi və liderlik bacarıqları ilə seçilir.
Ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Ceyhun Əliyev